İnsann sifətli meymun ulduza çevrildi

Maraqlı

19.05.2025 18:10

11

Çinin Hefey vəhşi təbiət parkında yaşayan bir kapuçin meymunu Daçjuan may ayının əvvəlindən etibarən sosial şəbəkələrin yeni ulduzuna çevrilib.

TodayPress TV xəbər verir ki, buna səbəb isə onun qeyri-adi görkəmidir.

Sosial şəbəkə istifadəçilərinin fikrincə, meymunun sifəti “kvadrat formalı”dır və insana bənzəyir.

Bu görüntüləri ilk dəfə bir heyvansevər qeydə alaraq Çində "Tik-Tok"un analoqu olan "Douyin" platformasında yayımlayıb. Qısa müddətdə video milyonlarla baxış toplayıb və sürətlə viral olub.

Hər nə qədər bəzi izləyicilər Daçjuanı "çirkin, amma şirin" adlandırsalar da, kapuçinlərin yetişdirilməsi üzrə mütəxəssis Çjan Çunşüe bildirir ki, bu növ meymunlar arasında kvadrat sifət və iri bədən quruluşu gözəllik standartı sayılır. Onun sözlərinə görə, Daçjuan xasiyyətcə çox həssas, utancaq və mehribandır. Tanımadığı adamlar yaxınlaşanda, hündür budaq üzərinə çıxaraq gizlənir. Lakin bu xasiyyət belə onu sosial medianın superulduzu olmağa əngəl olmayıb.

Daçjuanın şəxsi həyatı da qaydasındadır. Onun “Syaomey” adlı dişi partnyoru var. Aprel ayında cütlüyün balası doğulub və ona "Syaoşuay" yəni "balaca yaraşıqlı" adı verilib.

Hazırda həm park ziyarətçiləri, həm də sosial şəbəkə istifadəçiləri Daçjuan və ailəsini yaxından izləyir.

Töhfə Səməd

tag: Çin,Hefey,Daçjuan,Douyin,Çjan Çunşüe,todaypress.tv,