İsveçrə Alplarında dünyanın ən hündür 3D qülləsi inşa edildi

Maraqlı

22.05.2025 19:45

3

İsveçrə Alp dağlarında 3D printerlə çap olunmuş 30 metrlik Tor Alva qülləsi istifadəyə verilib. 

TodayPress TV xəbər verir ki, bu barədə "Designboom" məlumat yayıb.

Tikili bu texnologiya ilə yaradılmış ən hündür konstruksiya hesab olunur. 

Qüllənin inşasında "Origen" fondu və İsveçrənin Sürix Ali Texniki Məktəbi (ETH) birgə çalışıblar. Barokko üslubunda hazırlanmış, tamamilə ağ rəngdə olan bu memarlıq nümunəsinin əsasını 32 burulmuş və içi boş sütun təşkil edir – onların hər biri 3D printer vasitəsilə hazırlanıb.

Qüllənin üstündə, hava şəraitindən qorunmaq üçün çıxarıla bilən yüngül membran yerləşdirilib. Ziyarətçilər qüllənin zirvəsinə şaquli nərdivan vasitəsilə qalxa bilərlər. Üst səviyyədə isə səhnəli konsert məkanı yaradılıb, buradan Alp dağlarının panoramik mənzərəsi açılır.

Qüllənin fərqləndirici cəhəti onun modul quruluşudur – bu sayədə hissələri sökülüb yenidən yığıla bilir, bu isə daşınmanı və montajı asanlaşdırır.

Töhfə Səməd 

tag: İsveçrə ,Alp dağları,3D ,Tor Alva qüll,todaypress.tv,