Çeynənə bilən qrip testi hazırlanır

Maraqlı

06.10.2025 07:35

Yeni molekulyar sensor qripi dadla aşkar edə bilər.

TodayPress TV xəbər verir ki, bu barədə Amerika Kimya Cəmiyyəti məlumat yayıb. Alimlər insanlara sadəcə saqqız və ya pastillərdə timol dadına baxaraq qrip virusunu aşkarlamağa imkan verən yeni molekulyar sensor hazırlayıblar. Bu sensor simptomlar başlamazdan əvvəl sürətli və əlçatan qrip skrininqini təmin edə bilər.

Sensor qrip virusunun H1N1 tipindəki neyraminidaza zülalını tanıyır və timol molekulunu buraxır. İnsan dili bu dadı hiss etdikdə virusun mövcudluğu aşkar olunur. Laboratoriya sınaqlarında sensor qrip diaqnozu qoyulmuş insanların tüpürcəyi ilə 30 dəqiqə ərzində timol buraxıb və hüceyrələrə zərər verməyib.

Tədqiqatçılar  sensoru saqqız və ya pastillərə əlavə etməklə yüksək riskli mühitlərdə insanları qorumaq üçün sürətli və əlçatan müayinə vasitəsi kimi istifadə etməyi planlaşdırırlar.

Qeyd edək ki, araşdırma Federal Tədqiqat və Təhsil Nazirliyinin dəstəyi ilə aparılıb və texnologiya Avropa Patent İdarəsində qeydiyyata alınıb.

Jalə Rövşən

TodayPress TV

tag: Qrip,Test,Dad,H1N1,Todaypress.tv,