İnsan Yer tarixində “son saatda” meydana çıxıb
Alimlərin hazırladığı maraqlı müqayisəyə görə, əgər Yerin 4,5 milyard illik tarixi bir təqvim ili kimi təsəvvür edilsə, Homo sapiens yalnız 31 dekabrın son saatında, əkinçilik isə son dəqiqədə meydana çıxır.
TodayPress TV xəbər verir ki, yazılı tarix isə bu “təqvimdə” cəmi son 35-39 saniyəni əhatə edir. Mütəxəssislər bildirirlər ki, bu model bəşəriyyət tarixinin planetin yaşı ilə müqayisədə nə qədər qısa olduğunu göstərir.