İnsan beyni şimpanze səslərini tanıyır
Maraqlı
02.12.2025 19:30
Cenevrə Universitetinin alimləri müəyyən ediblər ki, insan beyninin eşitmə qabığının bəzi hissələri şimpanzelərin səslərinə xüsusi reaksiya verir.
TodayPress TV xəbər verir ki, araşdırma "eLife" jurnalında dərc olunub.
Təcrübədə 23 könüllü insan, şimpanze, bonobo və makak səslərini dinləyib. Funksional MRT nəticələri göstərib ki, beynin üstün temporal girusunda yerləşən bir sahə məhz şimpanze səslərinə fərqli şəkildə cavab verir. Bu reaksiya nə bonoboların, nə də makakaların çıxardıqları səslərdə müşahidə olunub.
Alimlər bildirirlər ki, səbəb yalnız genetik yaxınlıq deyil. Şimpanze vokalizasiyası akustik olaraq insan səsinə daha çox bənzəyir. Bonobolar genetik olaraq yaxın olsa da, onların səsləri daha çox quş nəğməsini xatırladır.
Tədqiqat nəticələri göstərir ki, insanlarda səslərin emalı ilə bağlı əsas mexanizmlər qədim təkamül köklərinə malikdir. Bu tapıntılar həmçinin körpələrin səsləri və nitqi necə ayırd etməsi prosesini anlamağa kömək edə bilər.
Türkan İsgəndərli
tag: İnsan,Heyvan,Şimpanze,Beyin,Todaypress.tv,
