İlk insan növlərinin izləri aşkarlandı

Maraqlı

04.12.2025 18:45

İsveçin Uppsala Universitetinin rəhbərlik etdiyi alimlər müəyyən ediblər ki, 1400 il əvvəl Afrikanın cənubunda Homo sapiensin çox qədim və təcrid olunmuş bir qolu yaşayırdı.

TodayPress TV xəbər verir ki, araşdırma "Nature" jurnalında dərc olunub.

Tədqiqatçılar Cənubi Afrikada 10 200-1 500 il əvvəl yaşamış 28 insanın tam genomlarını analiz ediblər. Altı yüksək keyfiyyətli genom göstərib ki, bu insanlar müasir insanlarda artıq qalmayan, ayrı və əsasən təcrid olunan bir genetik nəsilə aid olublar.

Hesablamalara görə, bu qrupun əcdadları digər Homo sapiens əhalisindən 300-240 min il əvvəl ayrılıb. Alimlər düşünürlər ki, onlar iqlim sığınacağı adlanan əlverişli bir bölgədə yaşayaraq çətin dövrlərdə sağ qala biliblər. Sığınacaqlar hətta şiddətli səhralaşma dövrlərində belə bu nəslin yaşamasına imkan verib.

Tədqiqat zamanı alimlər qədim Cənubi Afrikalılarda müasir insanlarda olmayan 79 genetik mutasiya aşkarlayıblar. Bu mutasiyalar immun sisteminə, böyrək fəaliyyətinə və sinir sisteminin inkişafına təsirlidir. Bu tapıntı Homo sapiensin bütün insanlarda eyni olan sabit bir “gen dəsti” ilə inkişaf etdiyi fikrini təkzib edir.

Türkan İsgəndərli

TodayPress TV

tag: İsveç,Afrika,Böyrək,Homo sapiens,Todaypress.tv,