İldırım zamanı bu səhvi etməyin - Mütəxəssislər xəbərdarlıq etdi

İldırım zamanı bu səhvi etməyin - Mütəxəssislər xəbərdarlıq etdi
26.07.2026 05:19 Maraqlı

Mütəxəssislər ildırım zamanı hansı elektrik cihazlarının şəbəkədən ayrılmalı olduğunu açıqlayıblar.

TodayPress TV xəbər verir ki, bu barədə “Better Homes and Gardens” nəşri məlumat yayıb.

Mütəxəssislərin sözlərinə görə, adi ildırım zamanı soyuducu, dondurucu, paltaryuyan, qabyuyan, soba və digər iri məişət cihazlarını elektrik şəbəkəsindən ayırmağa ehtiyac yoxdur. Bu cihazlar gərginlik sıçrayışlarına davamlı şəkildə istehsal edilir.

Bununla yanaşı, qəhvəbişirən, toster, blender, mikser, multibişirici, tozsoran və digər kiçik məişət cihazlarının istifadə edilmədikdə, xüsusilə də ildırım və güclü külək zamanı şəbəkədən ayrılması tövsiyə olunur.

Mütəxəssislər qeyd ediblər ki, qasırğa və ya sel təhlükəsi zamanı isə soyuducu və dondurucu istisna olmaqla, bütün elektrik cihazlarının şəbəkədən ayrılması daha təhlükəsizdir.

XƏBƏR LENTİ
26 IYUL 2026
Bütün Xəbərlər