Hər gün şaftalı yesəniz, bədəninizdə nələr baş verər?

Hər gün şaftalı yesəniz, bədəninizdə nələr baş verər?
24.07.2026 03:35 Maraqlı

Mütəxəssislər bildirirlər ki, şaftalının müntəzəm istehlakı dəri, ürək və göz sağlamlığını dəstəkləyir, həzm sisteminin fəaliyyətini yaxşılaşdırır, immuniteti gücləndirir və orqanizmin su balansının qorunmasına kömək edir.

TodayPress TV xəbər verir ki, liflə zəngin və aşağı kalorili olan bu meyvə çəkiyə nəzarəti asanlaşdırır, şirin qidalara olan istəyi azaltmağa kömək edir. Tərkibindəki C vitamini, beta-karotin və digər antioksidantlar isə hüceyrələri zərərli təsirlərdən qoruyur.

Araşdırmalara görə, şaftalının tərkibindəki bəzi təbii birləşmələr xərçəng və allergiya riskinin azalmasına da müsbət təsir göstərə bilər. Bununla belə, alimlər bu nəticələrin təsdiqlənməsi üçün daha geniş klinik tədqiqatların aparılmasının vacib olduğunu bildirirlər.

XƏBƏR LENTİ
24 IYUL 2026
Bütün Xəbərlər