Günəş ətrafında kometa görünəcək
Maraqlı
06.03.2026 19:15
Günəşlə toqquşma trayektoriyasında hərəkət edən "C/2026 A1" (MAPS) kometası məhv olmamışdan qısa müddət əvvəl Yer kürəsindən gözlə görünə bilər.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası məlumat yayıb.
Alimlərin hesablamalarına görə, kometa Günəşə 2026-cı il aprelin 4-də ən yaxın məsafəyə çatacaq. Bildirilib ki, Günəş tacında temperaturun həddindən artıq yüksək olması səbəbindən səma cismi ulduzun səthindən yüzminlərlə kilometr məsafədə məhv olacaq.
Obyektin dəqiq trayektoriyası hələ tam müəyyən edilməyib. Bununla belə, müşahidəçilər nadir səma hadisəsinin şahidi ola bilərlər. Proqnozlara əsasən, kometanın parlaqlığı son üç-dörd gün ərzində kəskin şəkildə artacaq və quyruğu xeyli uzanacaq. Bu isə onun gün batımından sonra axşam səmasında görünməsinə imkan yarada bilər.
Türkan İsgəndərli
tag: Günəş,Kometa,Daş,Yer,Todaypress.tv,
