"Far Cry" oyununun məkanı açıqlandı

"Far Cry" oyununun məkanı açıqlandı
13.11.2025 19:15 Maraqlı

Növbəti "Far Cry" oyunu Alyaskada baş verəcək.

TodayPress TV xəbər verir ki, bu barədə "Reddit"də məlumat yayılıb.

İnsayderlər bildirirlər ki, oyun iki əsas hissədən ibarət olacaq: tək oyunçulu hekayə kampaniyası və onlayn atıcı rejimi. Onlayn rejimdə sağ qalma və evakuasiya elementləri, resurs toplama və digər oyunçularla qarşıdurma ön planda olacaq.

"Far Cry 7" "Ubisoft"un "Snowdrop" mühərriki üzərində hazırlanır və oyun gələcək iki il ərzində buraxıla bilər.

Qeyd edək ki, "Far Cry" döyüş-macəra janrında oyunlarla tanınır və adətən baş qəhrəmanın mübarizəsi ətrafında cərəyan edir.

Türkan İsgəndərli

TodayPress TV 

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər