Everest zirvəsinə dırmanmaqda yeni dünya rekordu bəlli oldu

Everest zirvəsinə dırmanmaqda yeni dünya rekordu bəlli oldu
19.05.2026 05:00 Maraqlı

Məşhur nepallı alpinist Kami Rita Şerpa 32-ci dəfə Everest zirvəsinə qalxaraq həm öz şəxsi rekordunu, həm də dünya rekordunu təzələyib.

TodayPress TV xəbər verir ki, bu barədə "Himalayan Times" nəşri məlumat yayıb.

Məlumata görə, digər bir qadın alpinist Lhakpa Şerpa da dünyanın ən yüksək nöqtəsinə 11-ci dəfə yüksələrək qadınlar arasında yeni dünya rekorduna imza atıb.

Kami Rita Şerpa sosial şəbəkə hesablarında bu yürüşünün zirvəyə sonuncu fəthi ola biləcəyinə işarə edib. Buna baxmayaraq, alpinistin karyerasını başa vurmaq qərarı üzərində yenidən düşünəcəyi barədə xəbərlər yayılıb.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər