Everest qalmaqalı: Zirvəni ilk hansı qadın fəth edib?

Everest qalmaqalı: Zirvəni ilk hansı qadın fəth edib?
21.05.2025 12:49 Maraqlı

Vəfa Musayeva mayın 15-də Everesti fəth edən azərbaycanlı qadın alpinist kimi adını tarixə yazdırıb. 

TodayPress TV xəbər verir ki, son günlərdə bir çox mənbədə, o cümlədən, Azərbaycan mətbuatında Musayevanın bunu bacaran ilk azərbaycanlı qadın olduğu iddia edilib. 

Lakin Everesti fəth edən ilk azərbaycanlı qadın Elmira Aslanova olub.

O, Azərbaycan bayrağı ilə Everestin zirvəsinə 2023-cü ildə qalxıb.

Aslanovanın  özü də “Lent.az”a verdiyi açıqlamada Everestə yüksələn ilk azərbaycanlı qadın olduğunu bildirib: 

"19 may 2023-cü ildə Azərbaycan bayrağı və Ukrayna pasportu ilə Everesti fəth etdim, lakin yaxın gələcəkdə Azərbaycan pasportu alacağıma ümid edirdim. Çünki, mən Azərbaycanda doğulmuşam, bura mənim Vətənimdir. "Himalay Database"in bir qaydası var: əgər siz bayraqla zirvəyə qalxmısınızsa və hətta sonra pasportunuzu göndərmisinizsə (və heç kim həmin ölkənin pasportu ilə zirvəyə qalxmayıbsa), o zaman siz rəsmi olaraq həmin pasport və həmin bayraqla sistemə daxil olursunuz. Azərbaycanın Gənclər və İdman Nazirliyi mənə dəstək oldu. Biz Everest və mənim səyahətim haqqında film çəkdik. Premyerası iyunun əvvəlində olacaq. Gənclər və İdman Nazirliyi isə 25.04.2025-ci ildə mənə Azərbaycan pasportu verdi. Beləliklə, nəinki rəsmi olaraq dağlara çıxıb Azərbaycanı təmsil etmək, həm də ilk azərbaycanlı qadın kimi Everestə qalxmağımı rəsmiləşdirmək imkanım oldu. İndi, rəsmi mənbə "Himalay Database" məni Everestə yüksələn ilk Azərbaycanlı qadın kimi təqdim edir". 

Qeyd edək ki, rəsmi mənbədə (red. - "Himalay Database") Everesti fəth edən ilk azərbaycanlı qadının Elmira Aslanova olduğu göstərilib.

XƏBƏR LENTİ
05 IYUN 2026
ABŞ Hind okeanında daha bir neft tankerini ələ keçirdi 19:40 Finlandiyada NATO-nun yeni quru qüvvələri yaradılır 19:08 Avropa Çempionatında qızıl medal qazanan millimiz Vətəndə! 19:21 Milli Məclisdən "CNN"ə ETİRAZ: Əsassız iddialarınızı sübut edin! 19:18 Portuqaliya Prezidenti İlham Əliyevi təbrik etdi 19:13 Azərbaycanda sosial şəbəkələr üçün yeni cərimələr tətbiq olunur 18:58 Bütün ambulans parkları yenilənir 18:33 3 Avropa lideri Ukrayna böhranını müzakirə edəcək 18:21 Tehrandan dünyaya çağırış: 17 zərbə dalğası.. 18:13 Almaniya XİN xəbərdarlıq etdi: Küveyt və Bəhreynə səfər etməyin! 18:05 18 yaşlı Yamal La Liqanı fəth etdi: mövsümün ən yaxşısı seçildi 17:58 Bakıxanovda yaşayış binası yanır 17:54 Bakı Zooloji Parkında Amur pələngi balaları dünyaya gəldi 17:49 Taşdemir dönəmi başa çatdı: klubdan rəsmi açıqlama! 17:31 Küveyt Əmiri İlham Əliyevi təbrik etdi 17:20 Dron hücumunda yaralanan vətəndaşımız: Hər şey yaxşıdır - VİDEO 17:13 Ev trasında parlayan Lekler Monakoda hamını geridə qoydu! 17:05 Koçaryan Azərbaycana məlumat ötürübmüş - 100 erməni mühasirəyə düşüb 16:59 "CNN" Azərbaycanı iki cəbhəyə qarşı qoyur 16:58 “Liverpul” əfsanəsi yeni macəraya başlayır! 16:52 Gəmidə həlak olan vətəndaşlarımızın şəxsiyyəti məlum oldu 16:46 Rusiya gözlənilmədən fəallaşdı: Sülh müqaviləsini Moskvada bağlayaq... 16:40 Bəs azərbaycanlılar kollektiv idman növlərini bacarmırdı? 16:33 Qazaxıstan oyunları öncəsi U-17-də heyət yeniləndi 16:18 Bazar günü intensiv yağış yağacaq - XƏBƏRDARLIQ 16:15 Bütün Xəbərlər