Erkən Yer mantiyasında böyük gizli su anbarı aşkarlandı

Maraqlı

19.01.2026 03:59

Çin Elmlər Akademiyasının alimləri müəyyən ediblər ki, erkən Yer kürəsindəki suyun böyük bir hissəsi dərin mantiya mineralları tərəfindən udulub və səthə çıxmayıb.

TodayPress TV "Gazeta.ru" ya istinadən xəbər verir ki, Professor Venhua Lu-nun rəhbərlik etdiyi tədqiqat qrupu almaz zindan və lazerlə qızdırma üsullarından istifadə edərək Yer mantiyasının yüksək təzyiq və temperatur şəraitini  yaradıblar.

Təcrübələr göstərdi ki, bridgmanit mineralları hidrogeni kristal qəfəsinə daxil edərək suyu saxlayır. Planet soyuduqca bu su tədricən səthə qayıdıb və okeanların formalaşmasına səbəb olub.

Alimlər bildirir ki, hələ də mantiyada müəyyən miqdarda su qala bilər və bu gizli su ehtiyatları Yer kürəsinin uzunmüddətli yaşayış qabiliyyətində əsas rol oynayır.

Jalə Rövşən 

TodayPress TV

tag: Mantiya ,Su ehtiyatları ,Yer,Tədqiqat ,Todaypress.tv,