Ən mərhəmətli insanlar bu aylarda doğulanlardır
Astrologiya və numerologiyaya görə, insanın doğulduğu ay onun xarakterinə və ətrafındakılara münasibətinə təsir göstərə bilər. Bu iddialara əsasən, xüsusilə fevral, aprel və sentyabr aylarında doğulan insanlar səmimiyyəti, həssaslığı və qayğıkeşliyi ilə seçilir.
TodayPress TV xəbər verir ki, “Parade” jurnalının yazdığına görə, bu aylarda doğulan insanların başqalarının hisslərini daha dərindən anlaya bildiyi, qarşılarındakı şəxsin keçirdiyi narahatlıqları asanlıqla hiss etdiyi və qarşılıq gözləmədən kömək göstərdiyi iddia olunur.
Fevral
Fevralda doğulanların emosional həssaslığı və empatiya qabiliyyətinin yüksək olduğu bildirilir. Onların qarşılarındakı insanın əhvalını tez hiss etdiyi, hətta gizlətməyə çalışdığı narahatlıqları belə sezə bildiyi qeyd olunur. Belə insanların qayğısı daha çox dinləmək, yanında olmaq və dəstək göstərməklə ifadə edilir.
Aprel
Apreldə doğulanların insanlara inanmağa və onların yaxşı tərəflərini görməyə meyilli olduğu iddia edilir. Onlar başqalarının özlərində görmədiyi potensialı belə fərq edə və çətin vaxtlarında həmin insanları ruhlandıra bilərlər. Lakin insanlara dərindən güvənmələri onları xəyanət və məyusluğa qarşı daha həssas edə bilər.
Sentyabr
Sentyabrda doğulanların isə qayğısını daha çox konkret əməllərlə göstərdiyi bildirilir. Onlar kiminsə köməyə ehtiyacı olduğunu sözlə deməsini gözləmədən problemi həll etməyə çalışa bilərlər. Kiçik detalları xatırlamaq, gündəlik işlərdə kömək etmək və yaxınlarının ehtiyaclarını əvvəlcədən nəzərə almaq onların əsas xüsusiyyətləri kimi göstərilir.
Kübra Musayeva