Ən etibarlı "BMW" modelləri açıqlandı
"TopSpeed" portalı ən etibarlı "BMW" avtomobillərinin reytinqini tərtib edib.
TodayPress TV xəbər verir ki, siyahıda birinci yeri 1973-1981-ci illərdə istehsal olunan "BMW 5-Series E12" tutub.
İkinci yerdə 1982-1985-ci illərin "BMW 5-Series E28" modeli qərarlaşıb. İlk üçlüyü isə 1988-1991-ci illərdə istehsal edilən "BMW 3-Series E30" tamamlayıb.
Reytinqdə etibarlılığı ilə seçilən digər "BMW" modelləri bunlardır:
- 1994-cü il "BMW 3-Series"
- 1999-cu il "BMW 3-Series" (E46)
- 2003-cü il "BMW Z4" (E85)
- 2008-ci il "BMW 1-Series" (128i)
- 2016-cı il "BMW 3-Series" (F30)
- 2016-cı il "BMW X5" (F15)
- 2020-ci il "BMW 3-Series" (G20)
Türkan İsgəndərli