Dünyada ilk: Donuz qaraciyəri canlı insana köçürüldü

Maraqlı

09.10.2025 19:45

Çin alimləri dünyada ilk dəfə geni dəyişdirilmiş donuz qaraciyərini canlı insana köçürüblər. 

TodayPress TV xəbər verir ki, bu barədə "Journal of Hepatology" məlumat yayıb.

Jurnalının məlumatına görə, əməliyyat uğurlu alınıb və xəstənin orqanizmi yeni qaraciyəri 38 gün ərzində rədd etməyib.

Transplantasiya olunan orqan 71 yaşlı qaraciyər xərçəngi və sirrozdan əziyyət çəkən xəstədə dəstəkləyici funksiyanı yerinə yetirib. İlk bir ay ərzində heç bir ağırlaşma qeydə alınmasa da, 38 gündən sonra bədən orqanı rədd etməyə başlayıb və xəstə dünyasını dəyişib.

Alimlər əməliyyatı uğurlu hesab edirlər, çünki bu təcrübə donuz qaraciyərinin insan orqanizminin əsas funksiyalarını dəstəkləyə biləcəyini göstərib. Bu nəticə gələcəkdə orqan çatışmazlığı probleminin həllinə ümid yaradır.

Qeyd edək ki, daha əvvəl oxşar əməliyyat beyin ölümü elan edilən xəstə üzərində aparılmış və orqan cəmi 10 gün fəaliyyət göstərib.

Türkan İsgəndərli

TodayPress TV

tag: Donuz,İnsan,Qaraciyər,Amputasiya,Todaypress.tv,