Alimlər təkamüldə “genetik xaos”un rolunu aşkar etdilər
Maraqlı
18.06.2025 19:00
İspaniyalı tədqiqatçılar torpaq qurdlarının genetikasında baş verən kəskin dəyişiklikləri araşdıraraq, təkamülün yalnız tədrici deyil, həm də sıçrayışlarla baş verə biləcəyini sübut ediblər.
TodayPress TV xəbər verir ki, 200 milyon il əvvəl quruda yaşamağa keçid zamanı bu qurdların genomunda demək olar ki, bütün xromosomlar dağılmış və yenidən, lakin fərqli qaydada birləşmişdir.
Bu, elmə “fasiləli təkamül” kimi tanınan nəzəriyyəyə uyğundur.
Alimlərə görə, bu genetik xaos canlılara daha çevik uyğunlaşma imkanı verib: hava ilə nəfəs alma, günəş şüalarına dözümlülük və s. Eyni mexanizmlər xərçəng hüceyrələrində də müşahidə olunsa da, orada zərərli nəticələrə səbəb olur.
Tədqiqat, təkamülün bəzən milyonlarla illik dəyişikliklərlə deyil, çox qısa zamanda baş verən böyük sıçrayışlarla da mümkün olduğunu göstərir.
Qiymət Mahir
tag: Tədqiqat,İspaniya,Alim,Araşdırma,Todaypress.tv,