Günəşdə alov aktivliyi sürətlə artır

Maraqlı

12.07.2025 19:45

İyulun 11-dən etibarən Günəşdə güclü aktivlik artımı müşahidə olunur. 

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu bildirib.

Bu artım həm Günəşin Yerdən görünən, həm də görünməyən hissəsində qeydə alınıb.

Məlumata görə, iyulun 11-dən 12-dək Günəşdə 17 alışma baş verib. Bu, iyul ayı üçün normal göstəricidən təxminən 3 dəfə çoxdur. Hazırda günəş aktivliyini "Solar Orbiter" adlı kosmik gəmi izləyir.

Alimlər hesab edirlər ki, bu dəyişikliklər qlobal xarakter daşıyır və müşahidələr davam edir.

Digər tərəfdən, Böyük Britaniya və ABŞ-dən olan alimlər "qaranlıq cırtdanlar" adlanan kosmik obyektlərin qaranlıq maddənin sirrini açmağa kömək edə biləcəyini bildiriblər. Bu obyektlər, qəhvəyi cırtdanlar kimi, termonüvə reaksiyalarını başlatmaq üçün yetərli kütləyə malik olmayan "uğursuz ulduzlar" sayılır.

Türkan İsgəndərli

tag: Günəş,Partlayış,Dalğa,Planet,Todaypress.tv,