"Dəb xətrinə zövqümdən imtina etmərəm" – Zaxarova geyim fəlsəfəsini belə izah etdi...

"Dəb xətrinə zövqümdən imtina etmərəm" – Zaxarova geyim fəlsəfəsini belə izah etdi...
04.06.2026 10:06 Maraqlı

“Dəb xətrinə zövqümdən imtina etmərəm”.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində “Lenta.ru”ya müsahibəsində danışıb.

“Mən dəb dünyasındakı yeniliklərə qarşı deyiləm. Amma yalnız trend olduğu üçün xoşuma gəlməyən bir şeyi heç vaxt seçmərəm”, – deyə Zaxarova bildirib.

Diplomat vurğulayıb ki, gözəl və bədii zövqlə hazırlanmış hesab etdiyi şeylərdən, hətta artıq dəbdə olmasa belə, imtina etməyəcək.

Zaxarova daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin əməkdaşlarının rəsmi forması barədə də danışmışdı.

Onun sözlərinə görə, diplomatik mundir yalnız ən yüksək diplomatik rütbələrə malik şəxslərə verilir. Bu formadan birinci və ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçilər, həmçinin səfirlər istifadə edə bilirlər.

Diplomat qeyd edib ki, formanın qara və ağ olmaqla iki variantı mövcuddur. Ağ forma əsasən isti iqlimə malik ölkələr üçün nəzərdə tutulub.

Zaxarova həmin formanın çox gözəl olduğunu düşündüyünü və bəzən onu brifinqlərdə nümayiş etdirmək üçün geyindiyini də bildirib.

Qiymət Mahir

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər