Çin 3 peykini orbitə göndərdi

Maraqlı

19.11.2025 18:45

Çin “Long March-2C” daşıyıcı raketindən istifadə edərək üç “Shijian-30” kosmik tədqiqat peykini uğurla orbitə yerləşdirib.

TodayPress TV xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Buraxılış noyabrın 19-da yerli vaxtla 12:01-də ölkənin şimalındakı Ciuquan kosmodromundan həyata keçirilib. “Shijian-30 A, B və C” peyklərinin orbitə çıxarılması uğurlu hesab olunub və onlar müəyyən edilmiş trayektoriyalara yerləşdirilib. Bu, "Long March" raketləri seriyası üçün 608-ci buraxılışdır.

Çin hazırda kosmik proqramını sürətlə genişləndirir. Meteorologiya, rabitə, naviqasiya peykləri və Ayın araşdırılması üçün texnologiyalar hazırlanır. Çinli mütəxəssislər həmçinin asteroid və Mars tədqiqatları ilə bağlı layihələr üzərində işləyirlər.

Hazırda Çin Kosmik Stansiyası orbitdə fəaliyyət göstərir və beynəlxalq əməkdaşlıq üçün nəzərdə tutulub. 2024-cü ildə ölkə ümumilikdə 68 uğurlu kosmik buraxılış həyata keçirib.

Türkan İsgəndərli

TodayPress TV 

tag: Çin,Peyk,Kosmos,Raket,Todaypress.tv,