Bu məktəbdə 27 əkiz cütlük oxuyur - Müəllimlər onları necə fəqləndirir?

Bu məktəbdə 27 əkiz cütlük oxuyur - Müəllimlər onları necə fəqləndirir?
16.09.2026 06:10 Maraqlı

Türkiyənin İzmir şəhərində yerləşən Makbule Süleyman Alkan orta məktəbində eyni vaxtda 27 əkiz cütlük təhsil alır.

TodayPress TV xəbər verir ki, bu barədə “Haber7” məlumat yayıb.

2003-cü ildən Buca rayonunda fəaliyyət göstərən məktəbdə təxminən 1600 şagird təhsil alır.

Bu il məktəbin hazırlıq qrupunda bir, altıncı və yeddinci siniflərdə dörd, beşinci və səkkizinci siniflərdə isə doqquz əkiz cütlük oxuyur.

Məktəbin direktoru Həsən Basri Karaoğlu bildirib ki, təhsil müəssisəsi artıq qeyri-rəsmi olaraq “Əkizlər məktəbi” adlandırılır. Onun sözlərinə görə, bir çox valideyn övladlarını məhz bu məktəbə göndərməyi seçir.

Müəllimlər ilk vaxtlar bir-birinə çox bənzəyən əkizləri bəzən səhv saldıqlarını, lakin sonradan onları saç düzümü, geyim, xarakter və bacarıqlarına görə fərqləndirməyi öyrəndiklərini bildiriblər.

Şagirdlərin özləri isə bu qeyri-adi vəziyyətə fərqli yanaşırlar. Bəzi əkizlər daim yanlarında bir-birlərinin dəstəyinin olmasından məmnun olduqlarını deyirlər. Digərləri isə ətrafdakı insanların onları bir-biri ilə səhv salmasını sevmədiklərini bildirirlər.

Aysel Mətləb

XƏBƏR LENTİ
16 SENTYABR 2026
Bütün Xəbərlər