Bu balığın nə udduğunu öyrənənlər heyrətə gəldi

Bu balığın nə udduğunu öyrənənlər heyrətə gəldi
27.07.2026 03:36 Maraqlı

Fransada iki balıqçı uzunluğu 2,3 metr olan nəhəng yayın balığı tutub.

TodayPress TV UNİAN-a istinadən xəbər verir ki, balığın ağzında iri quşun qalıqları aşkarlanıb. Mütəxəssislər qalıqların böyük ehtimalla ördəyə məxsus olduğunu bildiriblər.

Qeyd edilib ki, yayın balıqları fürsətçi yırtıcılardır və qarşılarına çıxan müxtəlif canlılarla qidalana bilirlər. Balıqçılar isə şəkillər çəkdikdən sonra nəhəng balığı yenidən çaya buraxıblar.

XƏBƏR LENTİ
27 IYUL 2026
Bütün Xəbərlər