Bu aylarda doğulanlar ən yaxşı nənə-babalardır
Astroloqların fikrincə, doğum ayı insanın xarakterinə və nəvələrlə münasibətinə təsir göstərə bilər.
TodayPress TV xəbər verir ki, bu iddiaya əsasən yanvar, may, avqust və noyabr aylarında doğulan insanlar daha qayğıkeş, müdrik və diqqətli nənə-baba olmağa meyllidirlər.
Bildirilir ki, onlar ailə dəyərlərinə önəm verir, nəvələrinə dəstək olur, həyat təcrübələrini bölüşür və uşaqlarla asan ünsiyyət qururlar.