Boşanmış qadınlar həyatında ən xoşbəxt dövrünü yaşayır
Maraqlı
21.11.2025 19:00
Britaniyada aparılan sorğuya görə, 45-65 yaş arası boşanmış qadınların təxminən 31 faizi boşandıqdan sonra özlərini əvvəllər heç olmadığı qədər xoşbəxt hiss etdiklərini bildiriblər.
TodayPress TV xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
Respondentlər qeyd ediblər ki, boşanmaq onlara həmişə olmaq istədikləri insan olmağa imkan yaradıb və həyatlarını daha sərbəst yaşamağa şərait yaradıb.
Tədqiqat həmçinin göstərir ki, yaşlı qadınlar üçün boşanma yalnız mənfi deyil, eyni zamanda həyatın ikinci dövründə yeni imkanlar, azadlıq və şəxsi məmnuniyyət gətirə bilər. Respondentlərin sözlərinə görə, bu mərhələ sosial və emosional yükdən azad olmaq, özünü ifadə etmək və şəxsi xoşbəxtliyə fokuslanmaq üçün fürsət yaradır.
Türkan İsgəndərli
tag: Qadın,Xoşbəxt,Ailə,Həyat,Todaypress.tv,
