Beyin yaşlandıqca “ağıllanır”? - Alimlərdən yeni yanaşma

Beyin yaşlandıqca “ağıllanır”? - Alimlərdən yeni yanaşma
19.09.2026 07:00 Maraqlı

ABŞ-nin Arizona Universitetinin alimləri yaşlanma prosesində beyində baş verən dəyişikliklərlə bağlı yeni “adaptiv yaşlanma hipotezi” irəli sürüblər.

TodayPress TV xəbər verir ki, araşdırma “Perspectives on Psychological Science” jurnalında dərc olunub.

Tədqiqatçılar bildiriblər ki, yaşlı insanlarda beynin fəaliyyəti sadəcə zəifləmir, əksinə, toplanmış təcrübədən daha səmərəli istifadə etmək üçün yenidən qurulur. Gənc yaşlarda yeni məlumatların yadda saxlanılmasında əsas rol oynayan hipokampın fəaliyyəti yaş artdıqca tədricən ön beyin paylarına keçir.

Alimlərin fikrincə, bu dəyişiklik yaddaşın zəifləməsini kompensasiya etmək cəhdi deyil. Beyin yaşlandıqca xırda detalları toplamaq əvəzinə, əvvəlki təcrübələrə əsaslanaraq məlumatları ümumiləşdirməyə və daha geniş mənzərəni görməyə başlayır.

Tədqiqatçılar bunun sağlam yaşlanma ilə Alzheimer xəstəliyi arasındakı fərqi də göstərdiyini qeyd ediblər. Onların sözlərinə görə, demensiya zamanı beyində normal yaşlanma prosesindən fərqli dəyişikliklər baş verir və yaddaşla əlaqəli hipokampın fəaliyyəti pozulur.

Aysel Mətləb

XƏBƏR LENTİ
19 SENTYABR 2026
Bütün Xəbərlər