Beyin xərçənginə qarşı iki yeni peyvəndin təsdiqi gözlənilir

Beyin xərçənginə qarşı iki yeni peyvəndin təsdiqi gözlənilir
10.06.2026 02:00 Maraqlı

Qlioblastomaya qarşı iki vaksinin tətbiqinə 2026-cı ildə icazə alınması planlaşdırılır.

TodayPress TV  xəbər verir ki, bu barədə iyunun 9-da Rusiya Federal Tibbi-Bioloji Agentliyin rəhbəri Veronika Skvortsova "RIA Novosti"yə müsahibəsində deyib.

Onun sözlərinə görə, birinci vaksin peptid tərkibli olacaq və "Qliopept" adını alacaq. İlin sonunda isə agentlik qlioblastomaya qarşı "Qliorna" adlı "mRNT" vaksinə icazə almağı planlaşdırır.

Tibb elmləri namizədi, onkoloq Yevgeni Çeremuşkin aprelin 14-də qlioblastomanın gözlənilməz simptomlarından danışıb. O qeyd edib ki, qlioblastoma xərçəngin ən aqressiv formalarından biridir və çox vaxt təsadüfən aşkarlanır. Onun sözlərinə görə, xəstəlikdən görmə, eşitmə və iybilmənin kəskin pisləşməsi, baş ağrıları və koordinasiyanın pozulması kimi simptomlarla şübhələnmək olar.

TodayPress TV 

XƏBƏR LENTİ
10 IYUN 2026
Bütün Xəbərlər