Bayramlar niyə stress yaradır?

Maraqlı

22.12.2025 19:00

Yeni il ərəfəsində bir çox insan bayram əhval-ruhiyyəsindən daha çox yorğunluq, əsəbilik və emosional tükənmə hiss etdiyini bildirir. Mütəxəssislərin fikrincə, bunun əsas səbəblərindən biri işdə, evdə və sosial mühitdə üzərinə götürülən həddindən artıq öhdəliklərdir.

TodayPress TV xəbər verir ki, hər kəsi məmnun etməyə çalışmaq əvəzinə, insan öz imkanlarını düzgün dəyərləndirməli və həddindən artıq yük yaradan tapşırıqlara “yox” deməyi bacarmalıdır.

Mütəxəssislər stressin digər əsas səbəbi kimi maliyyə yükünü göstərirlər. Bayram hədiyyələri, geyimlər və tədbirlərin təşkili çox vaxt əlavə xərclərə, hətta borclanmaya səbəb olur ki, bu da psixoloji gərginliyi artırır. Bu baxımdan, bayram dövründə qənaətə üstünlük verilməsi, endirimli hədiyyələrin seçilməsi və ya əl işlərinə yönəlmək tövsiyə olunur. Bildirilir ki, yaxınlar üçün əsas dəyər maddi qiymət deyil, diqqət və səmimiyyətdir.

Eyni zamanda, Yeni il öncəsi dövrdə elektron cihazlardan istifadəni azaltmaq və ailə üzvləri ilə daha çox vaxt keçirmək də stressin azalmasına müsbət təsir göstərir. Mütəxəssislər vurğulayırlar ki, səmimi söhbətlər və fiziki təmas emosional vəziyyəti yaxşılaşdırır, gərginliyi azaldır.

Türkan İsgəndərli

TodayPress TV

tag: Yeni il,Bayram,Stress,Əhval,Todaypress.tv,