Azərbaycan kişiləri testosteron səviyyəsinə İLK BEŞLİKDƏ

Maraqlı

10.01.2026 17:29

Dünya Əhalisinin İcmalı veb saytı, ölkələrin orta testosteron səviyyələrinə görə yenilənmiş reytinqini, 2026-cı il üçün ölkələr üzrə testosteron səviyyələrini dərc edib.  

TodayPress TV veb sayta əsasən xəbər verir ki, reytinq illər ərzində aparılan müxtəlif tibbi və elmi tədqiqatların ümumiləşdirilmiş məlumatlarına əsaslanır.  

Dərc olunmuş məlumatlara görə, orta testosteron səviyyəsinin ən yüksək olduğu ilk beş ölkə Özbəkistan, Xorvatiya, Kamerun, Azərbaycan və Monqolustan olub. Azərbaycan sıralamada 694 ng/dL səviyyəsi ilə 4-cü yerdə qərarlaşıb.  

Qeyd olunub ki, reytinq müqayisəli və analitik xarakter daşıyır. Hormon səviyyəsinə genetik, yaş, iqlim, qidalanma və sosial amillər təsir edir. Bildirilir ki, bu rəqəmlər statistik məqsədlər daşıyır və metodologiyadan asılı olaraq dəyişə bilər.

Aysel Mətləb

TodayPress TV 

tag: Testosteron,Reytinq,Səviyyə,Əhali,Todaypress.tv,