Ayda bitki yetişdirmək mümkün oldu
Maraqlı
19.09.2025 19:30
Alimlərin apardığı son araşdırmaya görə, çay bitkisi Ay torpağında uğurla yetişdirilə bilər.
TodayPress TV xəbər verir ki, təcrübə bir neçə beynəlxalq təşkilatın iştirakı ilə həyata keçirilib və nəticələr müvafiq elmi konfransda təqdim olunub.
Tədqiqat zamanı çay fidanları adi torpaq, Ay torpağı analoqu və Mars torpağı analoqunda əkilib. Temperatur, işıq və rütubət kimi amillər isə kosmik şəraitə uyğunlaşdırılıb.
Müşahidələr göstərib ki, Ay torpağını simulyasiya edən mühitdə əkilmiş çay kolları uğurla kök salıb və böyüməsi adi torpaqda yetişdirilən bitkilərlə müqayisədə geri qalmayıb. Lakin Mars torpağını təqlid edən şəraitdə bitkilər inkişaf edə bilməyib.
Tədqiqatçılar bu nəticələrin gələcəkdə Ayda istixanalar vasitəsilə kənd təsərrüfatı məhsullarının, o cümlədən çayın becərilməsinin mümkün ola biləcəyini göstərdiyini bildiriblər. Bu yanaşma təkcə kosmik koloniyalar üçün deyil, həm də Yer üzərində iqlim dəyişikliyi və torpaq eroziyası kimi problemlər fonunda kənd təsərrüfatı imkanlarını genişləndirmək baxımından da əhəmiyyət daşıyır.
Türkan İsgəndərli
tag: Ay,Çay,Torpaq,Bitki,Todaypress.tv,
