2025-ci ilin ən yaxşı oyunları açıqlandı
Maraqlı
18.11.2025 19:15
2025-ci ilin ən yaxşı oyunları açıqlanıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Game Awards" (TGA) təşkilatçıları bildiriblər.
Namizədlər arasında "Clair Obscur: Expedition 33", "Death Stranding 2: On the Beach", "Donkey Kong Bananza", "Hades II", "Hollow Knight: Silksong" və "Kingdom Come: Deliverance II" yer alır.
"Clair Obscur: Expedition 33" 2025-ci ilin aprelində "Sandfall Interactive" tərəfindən PC və konsollar üçün buraxılan rol oyunudur və nominasiyalara liderlik edir. Münsiflər heyəti həmçinin ən yaxşı aksiya, hekayə və multiplayer kateqoriyaları üzrə namizədləri də açıqlayıb.
İstifadəçilər mükafatların rəsmi saytında oyunlar üçün səs verə bilər və səsvermə münsiflər heyətinin nəticələrinə daxil ediləcək. Mükafatlandırma mərasimi dekabrın 12-nə keçən gecə keçiriləcək.
Qeyd edək ki, ötən il "Astro Bot" "Game Awards" tərəfindən ilin ən yaxşı oyunu seçilmiş və digər kateqoriyalarda da qalib olmuşdu.
Türkan İsgəndərli
tag: Oyun,2025,Mükafat,Aksiya,Todaypress.tv,
