Ay çəhrayı rəngə boyanacaq
Bu il səmada qeyri-adi bir fenomen – “çəhrayı ay” – görünəcək. Bu hadisənin aprelin 2-də baş verəcəyi proqnozlaşdırılır.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu məlumat verib.
“Çəhrayı Ay aprel ayında baş verən dolunaydır. Hər dolunayın jarqon adı var və buna görə də bu hadisə ildə bir dəfə baş verir”,- institutdan bildirilib.
Qeyd edilib ki, bu ad bir müddət Yer kürəsinin peykinin çəhrayı rəngdə görünməsi ilə bağlıdır.
Jalə Rövşən