Autizmli “Barbi” istehsal edildi

Maraqlı

13.01.2026 19:15

ABŞ-nin məşhur oyuncaq istehsalçısı “Mattel” autizm spektr pozğunluğu olan insanı imitasiya edən yeni “Barbi” oyuncağını təqdim edib.

TodayPress TV xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.

Şirkət nümayəndələrinin bildirdiyinə görə, yeni məhsul daha çox uşağın özünü “Barbi”də görməsinə imkan yaratmaq və bütün uşaqları real dünyanı əks etdirən oyuncaqlarla oynamağa təşviq etmək məqsədi daşıyır.

Yeni kuklanın dizaynında autizm spektrinə xas xüsusiyyətlər nəzərə alınıb. Belə ki, gəlinciyin gözləri bir qədər yan tərəfə yerləşdirilib ki, bu da autizmli insanların birbaşa göz təmasından qaçmasını simvolizə edir. Həmçinin kukla dərinin parçaya təmasını minimuma endirmək üçün daha geniş və rahat geyimlərdə hazırlanıb.

Türkan İsgəndərli

TodayPress TV

tag: Autizm,Oyuncaq,Barbi,Gəlincik,Todaypress.tv,