Antarktidada qışın ortasında inanılmaz hadisə - Temperatur müsbətə qalxdı

Antarktidada qışın ortasında inanılmaz hadisə - Temperatur müsbətə qalxdı
22.07.2026 04:27 Maraqlı

Antarktidada qış mövsümündə qeyri-adi istiləşmə müşahidə olunub. 

TodayPress TV xəbər verir ki, alimlərin bildirdiyinə görə, müsbət temperatur təxminən iki gün davam edib, yağış və yaş qar yağıb. Bu hadisə tropiklərdən isti və rütubətli hava kütlələrini qütb bölgələrinə daşıyan “atmosfer çayı” fenomeni ilə izah olunur.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, belə halların tez-tez təkrarlanması buzlaqların əriməsini sürətləndirə, sahilyanı suların duzluluğunu azalda və Antarktida ilə ətraf okean ekosistemlərinə ciddi zərər vura bilər.

Alimlər qeyd edirlər ki, son illərdə Antarktidada qış temperaturları əvvəlki onilliklərlə müqayisədə xeyli yüksəlib və bu, qlobal iqlim dəyişikliyinin açıq göstəricilərindən biridir.

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər