Amsterdamda Rembrandtın indiyədək bilinməyən əsəri tapıldı

Maraqlı

02.03.2026 19:00

Amsterdam Dövlət Muzeyinin tədqiqatçıları məşhur holland rəssamı Rembrandt Harmenszoon van Rijnə aid əvvəllər məlum olmayan bir tablo aşkar ediblər.

TodayPress TV xəbər verir ki, bu barədə "Le Figaro" məlumat yayıb.

Söhbət “Zaxariyanın məbəddə görməsi” adlı rəsmdən gedir. Əsər uzun müddət şəxsi kolleksiyada saxlanılıb. Muzey mütəxəssisləri tablonun materiallarını və üslub xüsusiyyətlərini analiz edərək onun orijinal olduğunu təsdiqləyiblər.

Araşdırma zamanı rəsm texnikası, boya qatlarının tətbiqi və kompozisiya xüsusiyyətləri rəssamın erkən dövr əsərləri ilə müqayisə olunub və oxşarlıqlar müəyyən edilib.

Mütəxəssislərin fikrincə, tablo Rembrandtın təxminən 27 yaşında olduğu dövrdə yaratdığı əsərlərlə tam uyğun gəlir.

Amsterdam Dövlət Muzeyinin direktoru Taco Dibbits bildirib ki, bu kəşf gənc Rembrandtın yaradıcılığı haqqında ictimaiyyətə daha geniş məlumat əldə etməyə imkan verəcək.

“Zaxariyanın məbəddə görməsi” əsəri 4 mart tarixindən Rijksmuseum-da nümayiş etdiriləcək və uzunmüddətli icarə əsasında muzeyə təqdim olunacaq.

Qiymət Mahir

tag: Amsterdam ,Muzey ,Rembrandt ,Rijn,TodayPress TV,