"3I/ATLAS" obyektində qeyri-adi anomaliya aşkarlandı
Maraqlı
16.01.2026 19:00
Ulduzlararası “3I/ATLAS” obyektində yeni anomaliya müşahidə edilib.
TodayPress TV xəbər verir ki, bu barədə Harvard Universitetinin astrofiziki Avi Leb öz bloqunda məlumat verib.
Alimin sözlərinə görə, obyektin ətrafındakı toz və qaz buludunda adi kometalar üçün xarakterik olan mikroskopik toz hissəciklərinin izləri aşkar olunmayıb. Normalda bu hissəciklər Reyli səpələnməsi nəticəsində kometanın parıltısında mavi çaları gücləndirir və Günəş radiasiyasının təsiri ilə klassik kometa quyruğu yaradır.
Lakin “3I/ATLAS” obyektində belə bir quyruq müşahidə edilmir. Avi Leb bunun obyektin ətrafında adi kometalardan daha iri ölçülü toz hissəciklərinin mövcud olması ilə bağlı ola biləcəyini bildirib.
Astrofizik, həmçinin perigeli keçidindən sonra obyekti əhatə edən areolun parıltısında dəyişikliklərə diqqət çəkib. Hazırda “3I/ATLAS” göy-mavi çalarda səpələnmiş işıq saçır ki, bu da standart kometalar üçün qeyri-adi hesab olunur.
Türkan İsgəndərli
tag: 3I/ATLAS,Ulduzlararası ,Şüa,Obyekt,Todaypress.tv,
