3I/ATLAS hərəkət istiqamətini “şüa ilə təmizləyə” bilər
Maraqlı
10.12.2025 19:45
Ulduzlararası obyekt 3I/ATLAS hərəkət istiqamətindəki mikrometeoroidləri təmizləmək üçün qoruyucu şüadan istifadə edə bilər.
TodayPress TV xəbər verir ki, bu barədə "Astronomy Vibes" məlumat yayıb.
Məlumata görə, NASA-nın "HiRISE" kamerasının çəkdiyi şəkillərində kometin ön tərəfində uzantı görülüb. Bildirilir ki, bu iz kosmik gəminin yaydığı işıq şüası və ya hissəcik axınına bənzəyir və kometin qarşısını təmizləyir.
Dekabrın 6-8-də "XRISM" teleskopu obyektin yeni görüntülərini əldə edib və onun parıltısının adi kometalardan fərqli olaraq yaşıl-mavi rəngdə olduğunu, oksigen tərkibinə rast gəlinmədiyini aşkar edib. Həmçinin obyektin işığının Günəşdən uzaqlaşan kometalar kimi deyil, Günəşə doğru istiqamətləndiyi bildirilir. Bu parıltının sabit olması raket mühərriklərinin rənginə və formasına bənzədiyi qeyd olunur.
Qeyd edək ki, 3I/ATLAS 1 iyul 2025-ci ildə aşkar edilib. Sonradan müəyyən olunub ki, o, başqa ulduz sistemindən böyük sürətlə gələn qeyri-adi trayektoriyalı kometadır. Alimlər cismin 7,5 milyard ildən çox yaşı olduğunu, yəni Günəşdən təxminən 3 milyard il daha qədim olduğunu bildiriblər.
Türkan İsgəndərli
tag: 3I/ATLAS,Ulduzlararası ,Şüa,Obyekt,Todaypress.tv,
