2026-cı ilin saç trendləri hansılardır?

Maraqlı

06.03.2026 19:00

2026-cı ildə saç düzümü və kəsimlərində daha diqqət çəkən və mürəkkəb üslublar ön plana çıxır.

TodayPress TV xəbər verir ki, stilistlərin fikrincə, bu mövsümdə sadə və yüngül görünüşlər tədricən daha iddialı saç modelləri ilə əvəz olunur.

Trend olan saç düzümləri arasında xüsusilə hamar topuz seçilir. Bu model müxtəlif lentlər, bəzəkli saç aksessuarlarla tamamlanaraq daha fərqli görünüş yarada bilər.


Saç kəsimlərinə gəldikdə isə, ultra-qısa “piksi” kəsimi, uzun bob və 1970-ci illərin stilini xatırladan çoxqatlı kaskad modelləri bu ilin əsas tendensiyaları sırasında yer alır.


Kişi saç düzümlərində isə daha təbii və güclü obraz yaradan modellər üstünlük təşkil edir. Bu üslublar qədim qəhrəman və tanrı obrazlarını xatırladan saç formaları ilə diqqət çəkir.


Türkan İsgəndərli

TodayPress TV

tag: Saç,Trend,2026,Model,Todaypress.tv,