2026-cı ildə pulu cəlb edəcək ŞANSLI BÜRCLƏR

Maraqlı

13.01.2026 19:00

Astroloq İrina Mineevanın proqnozlarına görə, 2026-cı il bəzi bürclər üçün təkcə uğurlu yox, uzun illər davam edəcək sərvət dövrünün başlanğıcı olacaq.

TodayPress TV xəbər verir ki, bu il xüsusilə üç bürc maliyyə baxımından fərqlənəcək.

Qoç

2026-cı il Qoçlar üçün dönüş nöqtəsi olacaq. Neptun planetinin Qoça keçidi ilə 2039-cu ilə qədər davam edəcək yeni bir dövr başlayır. Risk edən, yeni bizneslərə başlayan və lider mövqeləri tutan Qoçlar üçün pul imkanları genişlənəcək. Astroloq Qoçlara yeni investisiyalardan çəkinməməyi və intuisiyalarına güvənməyi tövsiyə edir.

Xərçəng

Xərçənglər üçün ilin ilk yarısı xüsusilə uğurlu görünür. Bolluq planeti Yupiter 30 iyun 2026-cı ilə qədər bu bürcdə olacaq. Bu dövrdə daşınmaz əmlak alqı-satqısı, ailə biznesi və mirasla bağlı gəlirlər ön plana çıxacaq. Astroloqlar iyun ayının sonuna qədər maliyyə qərarlarını aktiv şəkildə verməyi məsləhət görürlər.

Dolça

Dolçalar üçün 2026-cı il uzunmüddətli maliyyə transformasiyasının başlanğıcı sayılır. Pluton planetinin təsiri 2044-cü ilə qədər davam edəcək. Texnologiya, elm və innovasiya sahəsində fəaliyyət göstərən Dolçalar gələcəkdə böyük sərvət əldə edə bilərlər. Uğur dərhal görünməsə də, bu il atılan addımlar gələcək illərdə böyük qazanc gətirə bilər.

Türkan İsgəndərli

TodayPress TV

tag: Bürc,Astroloq,Pul,Şans,Todaypress.tv,