101 yaşlı qadın uzunömürlülüyünün sirrini açıqladı

Maraqlı

22.01.2026 19:15

Çinli 101 yaşlı Cıan Yuetsin sağlam və uzun ömürlü yaşamasının sirrini açıqlayıb.

TodayPress TV xəbər verir ki, Vənçjou şəhərində yaşayan yeddi uşağın anası olan Cıan, həyat tərzi sayəsində sakit və balanslı qaldığını bildirib.

O, gecə saatlarında televizor izləməyi və şirniyyatlarla qəlyanaltı etməyi sevdiyini qeyd edib. Cıan adətən gecə saat ikiyə qədər yatır, səhər isə təxminən saat 10-da oyanır və bir fincan yaşıl çay içərək günə başlayır. İlk yeməyi isə gecikmiş səhər yeməyi və ya brunch olur.

Uzunömürlülüyün əsas səbəbi kimi qadın nadir hallarda problemlərə fikir verdiyini, inciklik saxlamadığını və sakit ruh halını qoruduğunu vurğulayıb. O, daxili balans və həyata pozitiv yanaşmanı uzunömürlülüyün əsas amilləri hesab edir.

Türkan İsgəndərli

TodayPress TV

tag: Yaş,Ömür,Qoca,Sağlam,Todaypress.tv,