"E-manat"ın lisenziyası məhdudlaşdırıldı

"E-manat"ın lisenziyası məhdudlaşdırıldı
18.07.2025 17:41 Maliyyə

Azərbaycan Mərkəzi Bankı (AMB) "E-manat" əmtəə nişanının sahibi “Modenis” MMC-yə verdiyi 18 sentyabr 2024-cü il tarixli lisenziyanın qüvvəsini məhdudlaşdırıb.

TodayPress TV bu barədə AMB-yə istinadən xəbər verir.

Qurum xatırladıb ki, lisenziya “ödəniş əməliyyatının ekvarinqi” və “elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası” fəaliyyəti üçün verilib.

Təşkilatın müraciətinə əsasən, onun lisenziyasında “elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası” üzrə ödəniş xidməti ləğv edilib. "Modenis" fəaliyyətini ödəniş təşkilatı olaraq davam etdirəcək.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər