DVX xətti ilə dövlət büdcəsinə daxilolmalar 5%-ə yaxın artdı
2025-ci ilin yanvar-may aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 7 843,3 milyon manat təşkil edib.
TodayPress TV xəbər verir ki, bu mənbədən vergi daxilolmaları proqnozdan 423 milyon manat və ya 5,7 faiz çox icra edilib. Q
eyd edək ki, Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 4.6% artıb.
Xatırladaq ki, bu il Dövlət Vergi Xidməti xətti ilə dövlət büdcəsinə 15,5 milyard manat köçürülməsi proqnozlaşdırılır.
Beləliklə, hesabat dövründə həmin məbləğin 50.6%-i təmin olunub.