"İnstagram"da məhdudiyyət tətbiq ediləcək

İKT

15.10.2025 18:26

“Meta” şirkəti “Instagram” platformasında yetkinlik yaşına çatmayan istifadəçilər üçün yeni məhdudiyyətlər tətbiq edir. 

TodayPress TV xəbər verir ki, yeni qaydalara əsasən, 18 yaşdan aşağı istifadəçilər yalnız “13 yaş və üzəri” üçün nəzərdə tutulmuş məzmunlarla qarşılaşa biləcəklər.

Qayda ilin sonuna qədər bütün ölkələrdə avtomatik olaraq qüvvəyə minəcək və bu tənzimləmələri valideyn icazəsi olmadan dəyişdirmək mümkün olmayacaq.

Şirkətin məlumatına görə, yetkinlərə yönəlik cinsi, alkoqollu, təhlükəli və arqo ifadələr olan paylaşımlar 18 yaşdan kiçiklərə nə göstəriləcək, nə də onlara tövsiyə ediləcək. Gənclər bu tip hesabları izləyə və belə məzmunları axtara bilməyəcəklər.

Qərar uşaqların sosial mediada təhlükəsizliyinin artırılması istiqamətində atılan beynəlxalq addımlar çərçivəsində qəbul edilib.

Türkan İsgəndərli

TodayPress TV

tag: Meta,İnstagram,Məhdudiyyət,Uşaq,Todaypress.tv,