ChatGPT-dən tez-tez istifadənin ziyanı açıqlandı
İKT
22.06.2025 09:00
Massaçusetts Texnologiya İnstitutunun alimləri müəyyən ediblər ki, süni intellekt alətlərindən, xüsusilə də ChatGPT-dən tez-tez istifadə insan beynində tənqidi düşünmə qabiliyyətini azalda bilər.
TodayPress TV xəbər verir ki, eksperimentdə iştirak edən 54 könüllü üç qrupa bölünüb: birinci qrup esse yazarkən heç bir yardımçı vasitədən istifadə etməyib, ikinci qrup “Google”dan, üçüncü isə ChatGPT-dən istifadə edib.
Mövzu isə filantropiya olub və iştirakçılar hər dəfə 20 dəqiqəlik seanslarla yazı yazıblar. Beyin fəaliyyətləri EEG ilə qeydə alınıb.
Nəticələrə görə, ən yüksək beyin aktivliyi alətsiz yazanlarda müşahidə olunub. Ən aşağı aktivlik isə ChatGPT istifadəçilərində qeydə alınıb. Aylar sonra aparılan təkrar testlərdə ChatGPT-dən istifadə edənlər daha zəif yaddaş və neyron aktivliyi göstərib.
Sorğular da göstərib ki, süni intellektdən faydalanan iştirakçılar yazdıqları mətnlərə daha az emosional bağlılıq hiss ediblər və məzmunu daha pis xatırlayıblar. Ekspertlər xəbərdarlıq edir: ChatGPT kimi texnologiyalar yazı prosesini asanlaşdıra bilər, lakin tənqidi düşünməyə mənfi təsir göstərmək riski daşıyır.
Qiymət Mahir
tag: ChatGPT,Alim,Yaddaş,Araşdırma,Todaypress.tv,