Yamalın imzası qiymət qazanır
İdman
17.10.2025 14:09
“Barselona” klubunun futbolçusu Lamin Yamal artıq azarkeşlərə pulsuz avtoqraf verə bilməyəcək.
TodayPress TV Mundo Deportivo nəşrinə istinadənxəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi yeni reklam müqaviləsi imzalayacaq.
Sövdələşmə Yamalın imzası ilə olan məhsulların (butsi, futbolka və s.) satışını həyata keçirəcək bir şirkətlə bağlanacaq.
Bildirilir ki, Yamala şərt qoyulub ki, o, avtoqrafları pulsuz paylamasın, çünki bu, onun imzası olan eksklüziv məhsulların kommersiya dəyərini azalda bilər.
“Barselona” klubu da futbolçunun imzası ilə atributika satdığı üçün müəyyən sayda Yamal avtoqrafına çıxış əldə etməyə çalışır. Kataloniya təmsilçisi ilə müqavilə hələ imzalanmayıb, lakin tərəflər razılığa gəlmək niyyətindədir.
Qeyd edək ki, Lamin Yamal artıq tanınmış brendlər - adidas, Beats, Powerade, Oppo, Konami və Nesquik – simasıdır. O, həmçinin UNICEF səfiridir.
Namiq HUN
tag: Barselona,Lamin Yamal,İmza,Qiymət,Todaypress.tv,
