Lebron Ceymsi Nyu-Yorkda fitə basdılar
İdman
23.06.2025 13:26
“Los-Anceles Leykers” klubunun ulduz basketbolçusu Lebron Ceyms Nyu-Yorkda iştirak etdiyi Fanatics Fest tədbiri zamanı bir qrup azarkeş tərəfindən soyuq qarşılanıb.
TodayPress TV xəbər verir ki, təhlükəsizlik əməkdaşlarının müşayiəti ilə hərəkət edən Lebron, bəzi şəxslərin fitə basması və “Buradan get! Los-Ancelesə qayıt!” kimi ifadələrlə qarşılaşıb.
Lebron bu aqressiv münasibətə reaksiya verməyib və etirazçıları görməzdən gələrək yoluna davam edib.
Xatırladaq ki, insidentə səbəb “Los-Anceles Leykers”in ulduz basketbolçusunun Fanatics Fest 2025 festivalı çərçivəsində yayımlanan “Mind The Game” podkastında “Nyu-York Niks” azarkeşlərini lağa qoyması olub.
40 yaşlı superulduz nyu-yorklu azarkeşlərə belə deyib:
“Niks” azarkeşləri, hər şey yolundadır? Gələn il finala çıxmağa hazırsınız? Görərik necə olur”, - deyə Ceyms gülərək bildirib.
Qeyd edək ki, son mövsümdə “Niks” Şərq Konfransının finalında “İndiana Peysers”ə seriyada (2:4) məğlub olaraq mübarizəni dayandırmalı olub.
Namiq HUN
tag: Lebron Ceyms,Nyu-York,Fit,Basketbol,Todaypress.tv,