Vasili Berezutski: “Güllə açılmamış yıxılmaq lazım deyil”
“Sabah” klubunun baş məşqçisi Vasili Berezutski “Qarabağ”a qarşı keçirəcəkləri Azərbaycan Kubokunun final oyunu ilə bağlı fikirlərini bölüşüb.
TodayPress TV xəbər verir ki, rusiyalı mütəxəssis mətbuat konfransında Azərbaycan Kubokunun final matçının maraqlı olacağını deyib:
“Sabah" ilk dəfə finala vəsiqə qazanıb. Ya məğlub olmalısan, ya da qalib gəlməlisən. Bizi gərgin qarşılaşma gözləyir. Hamımız oyuna köklənmişik. Rəqib favorit sayılır. Amma güllə açılmamış yıxılmaq lazım deyil. Mətbuatda yazılan informasiyalar mənə təsir etmir. Final matçını gözləyək. Sonra danışarıq."
20 futbolçu ilə matça hazırlaşdıqlarını qeyd edən mütəxəssis zədəsini sağaldan Amin Seydiyev və Coy Lens Mikelsin də "23-lük"də olacağını açıqlayıb.
Qeyd edək ki, mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq matç saat 19:00-da start götürəcək.
Namiq HUN
tag: Sabah,Futbolçu,Vasili Berezutski,Qarabağ,todaypress.tv,