SXA-nın qazi əməkdaşı Balkan Çempionatında medallar qazandı

İdman

29.07.2025 17:41

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşı Türkiyənin Ədirnə şəhərində keçirilən 8-ci Uşu-sanda üzrə Açıq Balkan-Avrasiya Kuboku Çempionatında uğur qazanıb. 

Bu barədə TodayPress TV-yə SXA-dan məlumat verilib.

Uğurlu nəticə ilə ölkəmizi təmsil edən Azərbaycan yığma komandasının tərkibində çıxış edən əməkdaşımız Ruslan Şıxıyev də yarışmada 2 medal qazanıb. O, komanda yarışı üzrə gümüş, fərdi döyüşdə isə bürünc medala layiq görülüb. 

Ruslan Şıxıyev 44 günlük Vətən müharibəsi zamanı Suqovuşan istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərərək şərəfli döyüş yolu keçib və Prezident İlham Əliyevin sərəncamlarına əsasən "Vətən müharibəsi iştirakçısı", “Suqovuşanın azadlığı uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib. 

Yeniyetmələr, gənclər və böyüklər arasında keçirilən yarışlarda idmançılarımız ümumilikdə 8 qızıl, 7 gümüş və 11 bürünc medal qazanaraq yarışları uğurla başa vurublar. 

İdmançılarımıza böyük uğurlar arzulayırıq!

tag: SXA,Əməkdaş,Qazi,Medal,Todaypress.tv,