Ukraynada Timoşuka qarşı cinayət işi açıldı
Futbol üzrə Ukrayna yığma komandasının sabiq kapitanı, hazırda Sankt-Peterburqun “Zenit” klubunun məşqçilər heyətində çalışan Anatoli Timoşuka qarşı Ukrayna Prokurorluğu cinayət işi qaldırıb.
TodayPress TV qurumun rəsmi saytına istinadən xəbər verir ki, cinayət işi Ukrayna Cinayət Məcəlləsinin 111-2-ci maddəsi üzrə açılıb.
Timoşuk Rusiya ordusunun maliyyələşdirilməsində iştirak etməkdə ittiham olunur.
Bu maddə üzrə maksimal cəza - 12 il azadlıqdan məhrumetmədir. İttihamların əsasında 2024-cü ilin sentyabrında keçirilmiş “Zenit” - “Kayrat” yoldaşlıq oyunu dayanır.
Sözügedən matçda “Zenit” futbolçuları Leninqrad blokadası qurbanlarının xatirəsinə həsr olunmuş xüsusi formalarla çıxış ediblər.
Görüşdən sonra futbolçuların imzalı köynəkləri hərraca çıxarılıb və əldə olunan gəlir Kursk vilayətində zərərçəkmiş sakinlərə göndərilib.
Ukrayna prokurorluğu bildirir ki, bu vəsaitlər əslində Rusiya ordusunun hərbçilərinə çatdırılıb və buna görə də Timoşukun adı “Rusiya Silahlı Qüvvələrinin maliyyələşdirilməsində iştirak edənlər” siyahısına daxil edilib.
Namiq HUN
tag: Ukrayna,Anatoli Timoşuk,Cinayət,Qərar,Todaypress.tv,