“Qızıl top” mükafatının favoritləri
İdman
12.08.2025 13:08
“Zonal Sports” portalı 2025-ci ilin “Qızıl top” mükafatı uğrunda favoritlərin reytinqini açıqlayıb.
TodayPress TV xəbər verir ki, PSJ-nin fransalı futbolçusu Usman Dembele lider olaraq qalır.
Onu müvafiq olaraq, “Barselona”nın futbolçuları Lamin Yamal və Rafinya izləyirlər. PSJ-nin portuqaliyalı yarımmüdafiəçisi Vitinya reytinqin dördüncüsüdür. Beşliyi isə “Liverpul”un misirli futbolçusu Məhəmməd Salah tamamlayır.
“Qızıl top”a əsas 10 namizəd:
1. Usman Dembele (Fransa, PSJ)
2. Lamin Yamal (İspaniya, “Barselona”)
3. Rafinya (Braziliya, “Barselona”)
4. Vitinya (Portuqaliya, PSJ)
5. Məhəmməd Salah (Misir, “Liverpul”)
6. Joao Neveş (Portuqaliya, PSJ)
7. Aşraf Hakimi (Mərakeş, PSJ)
8. Pedri (İspaniya, “Barselona”)
9. Robert Levandovski (Polşa, “Barselona”)
10. Nunu Mendeş (Portuqaliya, PSJ)
Namiq HUN
tag: Qızıl Top,Klub,Namizəd,Uğur,Qələbə,Todaypress.tv,