UEFA Çempionlar Liqası: “Sabah” məğlub oldu - YENİLƏNDİ

UEFA Çempionlar Liqası:  “Sabah” məğlub oldu - YENİLƏNDİ
05.11.2026 02:03 İdman

“Sabah” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin dördüncü turunda Norveçin “Vikinq” klubuna səfərdə 1:4 hesabı ilə məğlub olub.

TodayPress TV xəbər verir ki, Stavanger şəhərindəki “Lyse Arena” stadionunda keçirilən qarşılaşmada hesabı Azərbaycan təmsilçisi açıb. 11-ci dəqiqədə Orfe Mbina Umarali Raxmonaliyevin ötürməsindən sonra fərqlənib.

Meydan sahibləri 27-ci dəqiqədə Erik Botheymin qolu ilə tarazlığı bərpa ediblər. Ona məhsuldar ötürməni Kristoffer Haugen verib.

İkinci hissənin 69-cu dəqiqəsində top Akim Zedadkanın əlinə dəydiyi üçün “Sabah”ın qapısına penalti təyin olunub. Qapıçı Stas Pokatilov Zlatko Tripiçin zərbəsini dəf etsə də, futbolçu qayıdan topu qapıya göndərərək “Vikinq”i hesabda önə çıxarıb.

76-cı dəqiqədə “Sabah”ın müdafiəçisi Eyden Makkarti VAR yoxlamasından sonra birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

81-ci dəqiqədə Henrik Falçener Zlatko Tripiçin ötürməsindən sonra hesabı 3:1-ə çatdırıb. Qarşılaşmanın 90+4-cü dəqiqəsində isə Erik Botheym ikinci qolunu vuraraq dubl edib və yekun nəticəni müəyyənləşdirib - 4:1.

Beləliklə, “Sabah” Çempionlar Liqasının Liqa mərhələsində dördüncü oyununda üçüncü məğlubiyyətini alıb və 3 xalda qalıb.

***

90+4-cü dəqiqədə Erik Botheym ikinci qolunu vuraraq dubl edib və “Vikinq”in üstünlüyünü 4:1-ə çatdırıb.

***

Oyunun 81-ci dəqiqəsində Henrik Falkener Zlatko Tripiçin ötürməsindən sonra fərqlənərək “Vikinq”in üstünlüyünü artırıb - 3:1.

***

“Sabah”ın futbolçusu Eyden Makkarti 76-cı dəqiqədə VAR yoxlamasından sonra birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

***

69-cu dəqiqədə top “Sabah”ın futbolçusu Akim Zedadkanın əlinə dəydiyi üçün hakim penalti təyin edib və “Vikinq” 11 metrlik cərimə zərbəsini qola çevirərək hesabda önə keçib - 2:1.

***

“Vikinq”in hücumçusu Erik Botheym 27-ci dəqiqədə Kristoffer Haugenin ötürməsindən sonra fərqlənərək “Sabah”la oyunda hesabı bərabərləşdirib - 1:1.

***

“Sabah”ın hücumçusu Orfe Mbina “Vikinq”lə səfər oyununun 11-ci dəqiqəsində hesabı açıb - 1:0.

***

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin dördüncü turunda “Vikinq” və “Sabah” komandaları arasında oyun başlayıb.

TodayPress TV xəbər verir ki, qarşılaşma Norveçin Stavanger şəhərində yerləşən “Lyse Arena” stadionunda keçirilir.

Görüşü niderlandlı baş hakim Sander van der Eyk idarə edir.

XƏBƏR LENTİ
20 NOYABR 2026
Bütün Xəbərlər